Dünyanı elmlə kəşf edib mühəndisliklə dəyişdirəcəyik!

academy-logo

Hədəf kütləsi

► Peşəkar mütəxəssislər

► Mühəndislik sahəsində təhsil alan tələbələr

► Mühəndisliklə əlaqəli marağı olan digər şəxslər

Məqsədləri

► Mühəndislik sahəsində əlçatan azərbaycandilli informativ platforma olmaq

► Azərbaycanda mühəndislik sahəsinin populyarlaşdırılması

► Hədəf qrupuna daxil olan insanlar üçün onlayn və əyani olaraq maarifləndirici tədbirlərin keçirilməsi

Bildiyimiz kimi, mühəndislik sivilizasiyamızın əsas lokomotiv qüvvəsi hesab olunur. Bu gün həyatımızı rahatlaşdıran hər bir vasitənin əksər hissəsi məhz mühəndislik möcüzəsinin məhsuludur. Odur ki, bu cür önəmli paya sahib bir sahə şübhəsiz ki, hələ uzun illər insanlığın əsas dayaq və inkişaf nöqtəsi olacaqdır. Heç kəsə sirr deyil ki, elə bu səbəbə görə mühəndislik sahəsindəki keyfiyyətli insan kapitalının formalaşması hər zaman ölkələr üçün həssas bir məqama çevirilib. “Academy SG” layihəsi də bu formalaşmada öz töhvəsini vermək üçün yaradılmışdır. Platforma əsasən azərbaycandilli üzvlər üçün nəzərdə tutulsa da, eyni zamanda, rus və ingilis dilində də istifadə mümkündür.


Xəbərlər

NASA SPACE APPS CHALLENGE BAKIYA GƏLİR!

news-4

27 Avqust 2024

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının vakansiya seçiminə start verilir

news-3

22 Avqust 2024

90 milyondan çox öyrənənə xidmət göstərən "National Geographic Learning"in baş direktoru "Yeni çağırışlar"da

news-2

22 Avqust 2024

Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib

news-1

22 Avqust 2024


Bilik mərkəzi

Akademik elm

“Academy SG” layihəsi akademik elmi 2 hissəyə ayırır: fundamental və təkmilləşdirilmiş. Fundamental biliklər olaraq platforma cəbr, həndəsə, fizika, kimya, informatika və texniki rəsmin müxtəlif mövzularını əks etdirir. Təkmilləşdirilmiş biliklərdə isə az öncə sadalanan elmlərdən törəyən digər elmlərin (elektronika, proqramlaşdırma, 3D modelləmə və s.) mövzularını daha təkmil formada çatdırır.

Publisist elm

“Academy SG” layihəsi düşünür ki, mühəndis üçün akademik biliklər nə qədər vacibdirsə, onun publisist üslubda çatdıra bilmək qabiliyyəti də bir o qədər önəmlidir. Platformanın bu hissəsi digər layihəmiz olan “Universe SG”-yə keçid xarakteri daşıyır. Burada həm mühəndislər artıq əldə etdikləri bilik və xəbərlərlə publisist üslubda tanış olacaq, həm də sıradan olan bir oxucu ümumişlək dildə yazılan bir məlumat əldə edə biləcəkdir.

“Soft” biliklər

Bir çox sahələrdə olduğu kimi mühəndisliyin də özünəməxsus streotipləri mövcuddur. Bunlardan başlıcası bir mühəndisin yalnız texniki biliklərə sahib olmasının kifayət etməsi haqqındadır. Günümüzün əmək bazarı onu göstərir ki, mühəndis keyfiyyətli formada texniki biliklərə yiyələnməkdən savayı bir çox qeyri-texniki bacarıqlara da malik olmalıdır. Bunu biz “soft” bacarıqlar adlandırırıq. Bu bölmədə biz komanda işi, tənqidi düşüncə, planlama və onlarla digər bu tip bacarıqlardan bəhs edirik.


Digər layihələr

Project img

Academy SG

“Academy SG” layihəsi mühəndisliyin bütün aspektlərinə həsr olunmuş onlayn platformadır. Bu platformada məqalələr, xəbərlər, tədris materialları, mühəndisliyin müxtəlif sahələrində ən son araşdırmalar və ümumilikdə bir mühəndisin bilməli olduğu bütün biliklər yer alır. Layihənin məqsədi mühəndislik peşəsini populyarlaşdırmaq və həm mütəxəssislərə, həm tələbələrə, həm də geniş ictimaiyyətə keyfiyyətli məlumat verməkdir.

Project img

Universe SG

Sizə kosmik sferada baş verən bütün xəbərləri və məlumatları çatdırmaq üçün hazırlanmış onlayn platforma olan “Universe SG” sizin ən yaxın bələdçiniz olacaq. Kosmos dünyasında ən son hadisələr, elmi və texnoloji nailiyyətlərdən xəbərdar olmaqla yanaşı digər önəmli mövzulara da toxunulur. Bir sözlə, “Universe”-də baş verən hər şey!